Xətai rayon Polis İdarəsi və 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini Xəyal Hacıyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib.
X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq isdədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.