Astara rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb.
Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.