28 Sentyabr 2019 18:55
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bir neçə oğurluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Paşayev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvar-iyun ayları ərzində rayon ərazisində daha 6 evdən və 3 avtomobildən pul, inşaat materialları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər