29 Sentyabr 2019 00:12
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda dostları ilə əlbir olan yeniyetmə atasını öldürüb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, 16 yaşlı oğlan 55 yaşlı atası ilə dalaşıb və onu öldürmək üçün iki dostu ilə razılaşab. O, dostlarına pul mükafatı vəd edib.

Sentyabrın 22-də onlar kişiyə hücum edərək, dəmir boru ilə onu döyüblər. O, aldığı zərbələrdən hadisə yerindəcə ölüb. Dostlar onu öz maşınına qoyaraq, meşəyə aparıblar.

Az sonra hər üç şəxs polis tərəfindən saxlanılıb. Onlar öz günahlarını boynuna alıblar. Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Nahid

Oxşar xəbərlər