22 Sentyabr 2014 14:05
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gədəbəy rayon sakini Zülfüqar Cəfərovun idarə etdiyi “Shacman” və Gəncə şəhər sakini Seymur Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

İdarəetməni itirmiş Z.Cəfərov hadisə yerinin yaxınlığında olan 45-50 yaşlı kişini, S.Mirzəyev isə yolun kənarında dayanmış Goranboy rayon sakini Səbuhi Həsənova məxsus “VAZ-21074” markalı avtomobili vurub.

Xəstəxanaya yerləşdirilmiş 45-50 yaşlı kişi ölüb.

Hacı Zeynalov


Müəllif: