Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında baş verib. Həmin ünvanında 40-45 yaşlarında kişi meyiti tapılıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunan zaman onun boğulduğu məlum olub. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. Buna görə də meyitin kimə məxsus olduğu məlum olmayıb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, öldürülən daimi yaşayış yeri olmayan şəxs olub. Polisin keçirdiyi əməliyyat nəticəsində baş verən cinayətin üstü açılıb. Müəyyən edilib ki, onu tüfeyli həyat tərzi keçirən Vadim Naumov boğaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov