20 Mart 2020 11:47
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alverində ittiham olunan Lətifə Ağayeva həbs edilib.

Teleqraf.com xəbər verir ki, Lətifə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı Lətifə Ağayevanın barəsində həbs qətimklan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Hakim Samir Məmmədovun sədrliyi baş tutan qapalı iclasda qərar elan edilib. Qərara görə, istintaq orqanını təqdimatı rədd edilib və Lətifə Ağayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bu qərardan narazı qalan istintaq orqanı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını şikayəti təmin edilib və Lətifə Ağayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Lətifə Ağayevanın vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini, müdafiə etdiyi şəxsin həbsdən azad edilməsi üçün yenidən Nərimanov rayon Məhkəməsinə vəsatətlə müraciət edib.

Hakim Tural Əkbərovun sədrliyi ilə baş tutan qapalı iclasda Lətifə Ağayevanın vəkilinin şikayəti rədd edilib.

Bu qərardan narazı qalan vəkil Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Apelyasiya instansiyası məhkəməsində şikayəti araşdıran hakim İlqar Murquzov onun şikayətini təmin etməyib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər