21 Mart 2020 11:56
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayon sakinindən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nahid Nurullayev saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 14 qram narkotik vasitə tiryək,10 qram heroin və 1 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram tiryək, 895 qram qurdulmuş marixuana, 28 qram heroin, 1,6 qram metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər