3 Aprel 2020 13:30
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacı və qardaşa ağır cinayət törədən Elmar Qırxlarovun barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir aya qədər artırılıb.

Qeyd edək ki, Elmar Qırlxarovun barəsində sonuncu dəfə fevral ayında həbs qətimkan tədbiri 2 aya qədər artırılmışdı.

Ötən ilin dekabrında Elmar Qırxlarovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən ilin dekabrın 7-də Bakı şəhər sakini Elmar Qırxlarov Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ayşən Qırxlarovanın evinə gəlib. O, keçmiş arvadına və onun qardaşı, 1994-cü il təvəllüdlü İlkin Məsimliyə ağır bıçaq xəsarətləri yetirib.

Hadisəni törədən şəxs oranı tərk edib, hər iki yaralı isə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qırxlarov saxlanılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib.

Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncuonu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Qeyd edək ki, ilkin istintaq hərəkətləri zamanı Elmar Qırxlarovun barəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılmışdı.

İstintaq hərəkətləri nəticəsində isə həmin ittiham Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri Binəqədi rayon Prokurorluğunda davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər