Bakıda qətl hadisəsi örətməkdə təqsirləndirilən Şahanə Fəxrətovanın cinayət işi üzrə ibtidai isitintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçüm hakim Siyavuş Hacıyevin icraatına verilib. Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, Hövsan qəsəbəsində 1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.
Məlum olub ki, Ruslan Fəxrətov Şahanə Fəxrətova tərəfindən qətlə yetirilib.
İstintaq orqanı tərəfindən Şahanə Fəxrətovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.