2 Oktyabr 2014 12:34
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi avtomobili yolun kənarında olan dirəyə çırpıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Qoşqar Quliyev ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: