Şəmkir rayonunda quldurluq və ölümə səbəb olmaqla sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Xəqani Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqanu Səmədovun sədrliyi ilə baş tutan icıasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib.
Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.
İttihama görə, hadisə ötən ilin noyabr ayında baş verib. Şəmkir rayon sakini Xəqani Nəsibov həmyerlisi 87 yaşlı Dostumalı İbrahimova zor tətbiq edərək onun 350 manatını ələ keçirib.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törədən Xəqani Nəsibov saxlanılıb.
Dostumalı İbrahimov hadisədən bir gün sonra yaşadığı evdə dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Dostumalı İbrahimov bankomatdan pul çıxaran zaman Xəqani Nəsibov onu kənardan izləyib.
Pulun bankomatdan çıxarıldığını görən Xəqani Nəsibov yaşlı kişiyə yaxınlaşaraq onu yaşadığı evə çay içməyə dəvət edib.
Xəqani Nəsibov yaşlı kişini döyərək əlindəki pulu alıb. Dostumalı İbrahimov aldığı xəsarətlərdən öz evində ölüb.
İstintaq orqanı tərəfindən Xəqani Nəsibovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan edilib.