28 May 2020 16:48
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotiklərin qanunsuz dövriyəsinə qarşı əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan 1 kiloqram 65,706 qram heroin götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları isə istixanada kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlayıblar.

Maştağa qəsəbə sakini, əvvəllər məhkum olumuş Ə.Cavadovun həyətindəki 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov