Biləsuvar rayonunda oğurluq edən şəxslərin həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-nə keçən gecə şəhər ərazisində yaşayan 2 qardaşın həyətlərindən 17 baş qoyun oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb.
Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Biləsuvar rayonu ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17.800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov tutulublar.
Hər iki faktla bağlı cinayət işi başlanıb.