8 Oktyabr 2014 14:24
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Mikayıl Nuriyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili aşırıb. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdilib, onlardan Qadir Osmanov ölüb.

Daha bir yol nəqliyyat hadisəsi Yevlax rayonunun Boşçalı kəndində qeydə alınıb. Gəncə şəhər sakini Eliyar Heydərovun idarə etdiyi “Ford” və Şəki rayon sakini Raqib Orucovun idarə etdiyi “VAZ-21054” markalı avtomobillər toqquşub. Hər 2 sürücü, E.Heydərovun 2 sərnişini və R.Orucovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy şəhərində də ölümlə nəticlənən yol qəzası baş verib. Rayon sakini Ürfət Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Ü.Süleymanovun 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Ədalət Kərimov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Ölümlə nəticələnən daha bir yol qəzası Qazaxda baş verib. Rayon sakini Vüqar Süleymanov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub və hadisə yerində ölüb.

Hacıqabul rayonunun Qarasu kəndində Sabirabad rayon sakini Əliabbas Rəsulovun idarə etdiyi “VAZ-2106” və Ağstafa rayon sakini Tural Əmrahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Ə.Rəsulov və sərnişinlərindən - azyaşlı nəvəsi Feyruz ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər