Bu ilin yarım ilində narkotiklərlə əlaqədar müəyyən edilmiş 2785 (+475), o cümlədən onların satışı ilə bağlı 913 (+206) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox, bütövlükdə 1 ton 67 kiloqram narkotik vasitə götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, həmçinin ümumi çəkisi 91 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.
Bu növ cinayətləri törətmiş 1840 nəfərdən 1226-sı (66,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 541-i (29,4%) əvvəllər cinayət törətmiş şəxs, 36-sı (2%) qadınlardır.