6 Avqust 15:59
507

Lənkəranda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsinə avqustun 1-nə keçən gecə Liman şəhəri ərazisindən şəhər sakini Ə.Məstiyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tətrəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İ.Aslanov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə avtomobil Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynlinin yaşadığı evin həyətində sökülmüş vəziyyətdə tapılıb.

Oolis əməkdaşları tərəfindən V.Hüseynli ilə birgə Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov