Yevlax Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun məhkəməsinin vaxtı açıqlanıb.
Yevlax rayon Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Mikayıl Əsədovun barəsində olan cinayət işi araşdırılıması üçün hakim Günay Cavadovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 28-nə təyin olunub.
İttihama görə, Mikayıl Əsədovun Yevlax rayonu ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylanması üçün həbs olunub.
Aparılmış istintaqla Mikayıl Əsədovun çalışdığı zaman xidməti vəzifəsindən sui-istifadə etdiyi məlum olub.
Aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayıb, mənimsəyib, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurub.
İstintaq orqanı tərəfindən Mikayıl Əsədovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.
Mikayıl Əsədov bu ilinm avqustun 6-da saxlanılıb.