Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanğından evə bitişik tikilmiş yaşayış evləri mühafizə olunub.
Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.