Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Zeynallı və onun həyat yoldaşı Şəfiqə İsmiyevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş Şəfiqə Müslüm qızı İsmiyeva barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Bu ilin fevralın 20-də hər iki şəxs həbs edilib.
Şəfiqə İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb.
O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.
Kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmeyeva ona müraciət edən Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatın mənimsəyib.
İstintaq orqanı tərəfindən Ceyhun Zeynallı və Şəfiqə İsmiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Şəfəq İsmiyeva Ceyhun Zeynallının həyata yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar. Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfəq İsmiyeva ilə ailəli olub.Onları nigahı uğursuz olub və ayrılıblar.