Türkiyəli müğənni Betül Dəmirin evini soyublar.
Teleqraf.com “Hurriyət”ə istinadən xəbər verir ki, ifaçı evində işləyən xidmətçinin zinət əşyalarını və pullarını oğurladığı iddiası ilə polisə şikayət edib.
Polisə müraciət edən B.Dəmir “Təxminən üç aydır işləyirdi. Açarı vardı. Evdə patlarlarımı, çantalarımı tapa bilmədiyim olurdu, amma ondan şübhələnmirdim. İşdən ayrıldıqdan iki gün sonra zinət əşyalarımın olmadığını gördüm. Elə bil, yuxu görürəm” - deyib.
Rüstəm