Bakının Binəqədi rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərdən birinin qarşısından inşaat materialları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri T.Zeynalov və İ.Osmanov saxlanılıblar.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini T.Ağayev tutulub.
Hər iki faktla bağlı cinayət işi başlanıb.