Xaçmaz şəhərində dəhşətli hadisə baş verib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzi hissəsində yerləşən Heydər Əliyev parkında naməlum şəxs özünü doğrayıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, naməlum şəxs öncə parka gələrək qışqırmağa başlayıb. Daha sonra soyunaraq ülgüclə bel, boyun, qol nahiyyələrinə ciddi xəsarət yetirib.
Polis müdaxiləsi nəticəsində intihar edən şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Gəncin hansı səbəbdən özünü doğradığı bilinmir. O özü də heç bir iddia səsləndirməyib…
***
Xaçmaz Rayon Polis İdarəsinin növbətçi hissəsi Axar.az-a hadisə barədə məlumatlı olmadıqlarını bildirdi:
“Bu barədə idarəmizə hər hansı məlumat daxil olmayıb. Ola bilsin ki, hadisə Xaçmazda baş verməyib. Belə olsaydı, idarə müvafiq tədbirlər görərdi”.