30 Dekabr 2020 10:10
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda karantin rejimi qaydalarını pozmaqda ittiham olunan Məmməd Ağayev və onun oğlu Elvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Tural Ələkbərovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

Belə ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlər yol verən Salyan rayon sakinləri Məmməd Ağayev, onun oğlu Elvin Ağayevin olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

İstintaq orqanı tərəfindən Məmməd Ağayev və Elvin Ağayevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər