29 Yanvar 2021 11:12
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda silahlı insident törətməkdə ittiham olunan Sənan Ağazadə və Sərvər Hüseynovun cinayət işi üzrə ibtidai istitaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 8-nə təyin olunub.

İttihama görə, hadisə ötən ilin dekabrın 9-da Tərtər rayonunda baş verib.

Rayon sakini Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilib.

Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib.

Məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub.

Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib.

Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülüb.

Onunla birgə Sərvər Hüseynova da ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər