Rusiyanın Sverdlovsk vilayətində kafedə rəqs etmək istəyi sonda kütləvi dava və qətllə nəticələnib. Teleqraf.com-un newsru.com saytına istinadən məlumatına görə, artıq yerli hüquq-mühafizə orqanları fakt üzrə cinayət işi qaldırıblar.
Polis Yekaterinburq şəhərində baş verən bu davada iştirak etmiş 15 nəfəri saxlayıb. Dava nəticəsində 3 şəxs bədənin qarın nahiyəsindən deşilmiş-kəsilmiş yaralar alıb, onlardan biri ölüb.
Hadisə oktyabrın 24-də Yekaterinburqun Lenin rayonunda kafelərdən birində baş verib. Davaya səbəb kafedə dincələn şəxslərin bir qisminin özünü şux aparması, rəqslər, əyləncə zamanı başqalarına söz atması olub: "Onlardan bəziləri rəqslər zamanı özlərini qeyri-etik aparmağa başladılar. Bu, başqa ziyarətçilərə dincəlməyə mane olurdu".
Kafenin əməkdaşlarının dələduzluq edənlərə xəbərdarlığı isə tərəflər arasında əvvəl mübahisəyə, sonra isə kütləvi davaya səbəb olub. Kafedə başlayan dava sonradan böyüyərək, küçə savaşına çevrilib.
Nail Cəlil