Bu gecə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun 22-ci kilometrliyində yol qəza hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, Gəncə sakini 34 yaşlı Hidayət Əhmədov "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobili yolun kənarındakı dərəyə aşırıb. Nəticədə sürücü və onun sərnişinləri 33 yaşlı Vüsalə və 16 yaşlı Zeynəb Məmmədovalar müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib.
Həkimlər hər üç xəstəyə ilkin yardım göstərərək stasionar müalicə üçün palataya yerləşdirib.