İspaniyanın Malaqa şəhərində narkotik vasitələrin daşınması üçün istifadə edilən əldəqayırma sualtı qayığın olduğu anqar aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya polisinin saytında məlumat yerləşdirilib.
Sualtı qayıq eyni vaxtda 5 Avropa ölkəsinin və Evropol-un birgə əməliyyatı nəticəsində aşkarlanıb. Əməliyyat zamanı 52 nəfər saxlanılıb, 22 ton narkotik vasitə götürülüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, 9 metr uzunluqdakı sualtı qayıq kokain və həşiş daşınması üçün hazırlanıb. Sualtı qayıq nəzərə çarpmadan 2 tona qədər narkotik vasitəni daşımağa imkan verib.