30 Oktyabr 2014 13:25
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan 9 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, müttəhimlər kürsüsündə Azərbaycan vətəndaşları Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev əyləşiblər.

İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralanıb. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülüb. Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-qazma kəndi ərazisində tutulublar. Onlardan “Makarov» və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb. Istintaq zamanı müəşəkkil dəstənin digər üzvləri həbs edilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev qismən ittihamları qəbul ediblər. Bağır Azayev özünü təqsirli bilməyib. Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev isə ittihamları qəbul ediblər.

Məhkəmə noyabrın 6-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər