19 May 2021 00:56
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib, içərisində 106 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki evlərin birindən oğurluq edən qrupun üzvü olması da müəyyən edilib.


Müəllif: Teleqraf.com