Gəncədə qətl hadisəsi törədilib.
Teleqraf.com-un məlumatına görə, hadisə Kəpəz rayonunda Məmməd Xələfov küçəsində qeydə alınıb. 37 yaşlı şəhər sakini Qafar Amanov həyat yoldaşı 21 yaşlı Günay Amanovanı bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, keçmiş ər qadına bir neçə bıçaq zərbəsi vurub. Hadisə yerinə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları cəlb olunub. Keçirilən əməliyyatla Qafar Amanov saxlanılaraq istintaqa təhvil verilib.
Tərəflərin daha əvvəllər Bakı şəhərində yaşadığı və təxminən 2 ay bundan öncə rəsmi şəkildə ayrıldığı bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.