3 Noyabr 2014 00:22
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə 33 yaşlı kişi intihara cəhd edib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Qurban oğlu Bodurov bədəninin qarın nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.

Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. E. Bodurovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Teleqraf.com-a Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Eldəniz Bodurovun yaşadığı evdə baş verib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, Eldəniz Bodurov ailə münaqişəsi zəminində valideyni ilə mübahisə edib və özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər