3 Noyabr 2014 10:05
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən başlayan hava dəyişikliyi fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.

Hadisə ilə əlaqədar olaraq Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib. Əməliyyat saat 07:56-da başa çatıb.

Yağış Nərimanov rayonu ərazisində də problem yaradıb. Evdən çıxması çətinləşmiş 5 nəfərə FHN müvafiq köməklik göstərib. Əməliyyat saat 04:55-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər