3 Noyabr 2014 11:33
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bir qrup gənc arasında kütləvi dava olub.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayon ərazisində yerləşən “Günəş” kafesində qeydə alınıb. Bakı şəhər sakinləri Rəsul Süleymanov, Tofiq Mehdiyerv, Səfər Qasımzadə və Sakit Qasımzadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, Rəşad Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə gənclər arasında yaranan kütləvi dava nəticəsində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunub.

Keçirilən əməliyyat zamanı hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində Rəşad Suleymanovu qətlə yetirən, Tofiq Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər