Baş prokuror Zakir Qaralov Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında vətəndaşlarla görüşəcək.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş noyabrın 14-də, saat 11.00-da Salyan rayon prokurorluğunun inzibati binasında keçiriləcək. Baş prokuror Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Hacı Zeynalov