Çində başqa qadının əri ilə cinsi əlaqəyə girməkdə suçlanan 38 yaşlı Lin Yao Li küçənin ortasında döra qadın tərəfindən lüt soyundurularaq döylüb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Henan əyalətinin Puyang bölgəsində əhalinin sıx olduğu bir kçədə baş verən hadisəyə ətrafdakılardan heç kimin müdaxilə etməməsi diqqət çəkib.
Linin onu döyən qadınlardan birinin əriylə cinsi əlaqəyə girdiyi iddia edilir.
Lin döyüldükdən sonra yoldan keçənlərə təcili yardım çağırmaları üçün yalvarıb. O, xəstəxanaya gec aparılsa da, müalicəsinə başlanılıb.
.
Lin üçün təcili yardım çağırdığını bildirən 30 yaşlı Jun Feng yerli telekanala açıqlamasında “Bu tip olaylar olduqça çox yayılmağa başladı. Aldadılan qadınlar intiqamlarını diğər qadını döyərək alırlar. İnsanlar da bunun "könül işi' olduğunu düşünərək baş verənlərə müdaxilə etmir” deyib.
Polisdən hadisə ilə bağlı heç bir şikayət almadıqlarını bildiriblər. Çin mediası isə bu tip “intiqam hücumlarının” ölkədə geniş yayılmasına diqqət çəkdi.
Nihad