6 Noyabr 2014 05:12
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, Salam Adil dairəsindəki yeni körpünün üzərində iki minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər. Hadisə yerində aparılan ilkin araşdırmadan sonra qəzanın hansı şəraitdə baş verdiyi məlum olub. Belə ki, "Mercedes" markalı avtomobil "Chevrolet"in yoluna çıxıb və qəza baş verib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Avtomobillərə isə ciddi ziyan dəyib. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.


Müəllif: