ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərindəki məktəbdə baş vermiş atışma nəticəsində azı iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polisin saytında məlumat verilib.
“İki nəfər həyatları üçün təhlükəli olmayan güllə yaraları ilə xəstəxanaya yerləşdirilib”, - deyə polisdən bildiriblər.
Polis yaralananlar və şübhəli şəxs haqqında məlumat verməyib və araşdırma aparıldığını qeyd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı digər məktəblərdə atışma olmadığını bildiriblər.
“NBC” telekanalının məlumatına görə, hər iki yaralı 17 yaşındadır.