Lənkəranda silahlı insident baş verib.
Lənkəran şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin H.Aslanov xiyabanı 1 saylı binanın 32 saylı mənzilində qeydə alınıb.
Məlumata görə, şəhər sakini Fəxrəddin Heydərov ov tüfəngindən açdığı atəş nəticəsində özünü güllələyib. Ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilən Fəxrəddin Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov