Gəncədə anasını öldürməkdə təqsirləndirilən Ramin Rüstəmovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 12-nə təyin edilib.
İttihama görə, hadisə bu il iyulun 24-də Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovanı döyərərək ona xəsarət yetirib.
Svetlana Rüstəmova hadisədən bir neçə gün sonra - avqustun 7-də ölüb.
İstintaq orqanı tərəfindən Ramin Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.