19 Noyabr 2014 12:17
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yol polisi əməkdaşına xəsarət yetirən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də saat 01:15 radələrində, Xətai prospektində avtoxuliqanlıq edərək Yol Polisi inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər