Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Cəfər Xəndan küçəsində qeydə alınıb. həmin küçədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları - polis baş serjantı, Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıb.
Hər iki polis əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Cinayətin “Nissan” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov