21 Noyabr 2014 23:01
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18:30 radələrındə Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Bakı istiqamətində gedən yük qatarı ilə “Volkswagen” markalı minik maşını toqquşub.

Qəza Rostov-Bakı dəmir yolunun 2584 kilometrliyində, Giləzi-Stalçay mənzilinin qorunmayan keçidində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı sürücü İxtiyar Həsən oğlu Hacıyev və onun yanında olan sərnişin xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsində araşdırmalar davam etdirilir


Müəllif: