24 Noyabr 2014 15:42
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oteldə intihar etdiyi bildirilən qadının qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, “Vulkan” otelinə obyektdə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Otel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib.

İlkin məlumatda qadının əyləndiyi kişi tərəfindən bıçaqlandığı qeyd olunsa da, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olundu. Binəqədi rayon Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirlərindən sonra qətlə yetirildiyi bildirilən Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürüldü.

Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. Noyabrın 20-də, gecə “Vulkan” motelində hadisə baş verən zaman da Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Məlumata görə, hadisə zamanı Afaq Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun Afaq Şükürovanın ölümündə iştirak edib-etmədiyi araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər