25 Noyabr 2014 13:16
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda bir neçə gün əvvəl baş verən dəhşətli qətl hadisəsinin üstü açılıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 22-də Goranboy rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirmiş Todan kənd sakini Sübhay İbrahimov tutulub.

Qeyd edək ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1930-cu il təvəllüdlü Tahir Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Məmmədova xüsusi amansızlıqla qətlə yetirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər