30 Noyabr 2014 14:37
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Respublikasının Alma Ata vilayətinin Taldıkorqan şəhərində qaz balonunun partlaması nəticəsində 7 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Novosti Qazaxıstan” agentliyi Fövqəladə Hallar Nazirliyinin regional departamentinə istinadən xəbər yayıb.

Partlayış noyabrın 30-na keçən gecə ikimərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində ikinci mərtəbənin dəmir-beton örtüyü uçub, 15 nəfər dağıntılar altında qalıb.

Xilasedicilər dağıntılar altından 7 nəfərin meyitini çıxarıblar. 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Digər mənzillərin sakinləri təhlükəsiz yerlərə evakuasiya olunublar.

Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, xilasedicilər, yerli hakimiyyət nümayəndələri cəlb olunub.

İlkin versiyaya görə, partlayışa qaz cihazları ilə ehtiyatsız davranma səbəb olub.


Müəllif:

Oxşar xəbərlər