2 Dekabr 2014 05:51
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, Bakı şəhər sakini 17 yaşlı Cəlil Mahmudov Nərimanov parkı ərazisində bıçaqlanıb.

İşin istintaqını aparan müstəntiq Elnur Məmmədyarovun verdiyi məlumata görə, dörd nəfər naməlum şəxs Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. C.Mahmudov ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar cinayət məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayonu Polis İdarəsi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışlarını davam etdirir.


Müəllif:

Oxşar xəbərlər