Yevlax və Bakıda yanğın hadisəsi qeydə alınıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində yanğın üçmərtəbəli binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzildə baş verib.
Nəticədə mənzilin 1 otağında bir ədəd yataq dəsti yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.