18 Avqust 2022 16:31
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər