12 Sentyabr 2022 10:20
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Suraxanı Rayon prokurorluğundan məlumat verilib.

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər